Ukrayna bütün ağır yaralı əsirləri birtərəfli qaydada Rusiyaya təhvil verib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı məlumat verib.
Müharibə başlayandan bəri əsir götürülən ağır yaralı bütün rusiyalı hərbçilər zaman-zaman geri qaytarılıb. Onların dəqiq sayı barədə məlumat verilməyib. Rusiya tərəfi hələlik yaralı hərbçilərin geri qayıtmasını təsdiqləməyib və faktı şərh etməyib.