Xəbər verdiyimiz kimi, bu səhər Türkiyənin Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.
Zəlzələ ölkənin bir çox şəhərində dağıntılara, insan tələfatına səbəb olub.
İlkin xəbərlərə görə yüzlərlə yaşayış binası dağılıb və son açıqlamaya görə ölənlərin sayı 76 nəfərdir.
Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.
Hadisə yerindən fotoları təqdim edirik: