Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ nəticəsində ölən və yaralananların yeni sayını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1498-ə, xəsarət alanların sayı isə 8533-ə çatıb.
Qeyd edilib ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb.