Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Səfər Mehdiyev obyekti belə işlətmirdi, əxlaqı var idi…” 
24 Mart 2023 09:58
9632

“Səfər Mehdiyev obyekti belə işlətmirdi, əxlaqı var idi…” 

“Səfər Mehdiyev obyekti belə işlətmirdi. Adamın əxlaqı var idi. Heyf, xalqın cibindən getdi”.

Bu sözləri sosial şəbəkədə vəkil Elçin Sadıqov yazıb. O, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanında əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən malların aşkar olunması ilə bağlı açıqlamasını tənqid edib.

Vəkil yazıb: “ Bunlar lap ağını çıxarıblar. Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən şəxsi və yaxın qohumların istifadəsi üçün gətirilən mallar dəyərindən və miqdarından asılı olmayaraq gömrük rüsumlarından azaddırlar”.

Qeyd edək ki, Komitənin paylaşdığı fotolardan görünür ki, aşkar olunan malların içərisində xeyli sayda alt paltarları da var. Buna görə də social şəbəkələrdə bu əməliyyat “tuman əməliyyatı” adını alıb.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər