Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sarkisyan: “Bizim dövrümüzdə top Türkiyənin meydanında qalırdı“
24 Mart 2023 23:11
4046

Sarkisyan: “Bizim dövrümüzdə top Türkiyənin meydanında qalırdı“

“Futbol diplomatiyası” dönəmində göndərdiyimiz top Türkiyə meydanında qaldı və bu gün çox təəssüf ki, səmamızda türk "Bayraktar"ları peyda olub".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

O bildirib: “Ermənistan-Türkiyə münasibətlərinin necə olacağını bilmirəm, çünki çox şey qarışıb. Danışıqlarımızın bir paketini dərc etmişik və bilirsinizmi, onlar nə ilə razılaşırlar, nədən danışırlar? Onlar tez-tez təkrar edirlər ki, ilkin şərtlər olmadan”.

S. Sarkisyanın sözlərinə görə, çaşqınlıq çox olub: “Düzünü desəm, o zaman bizim Türkiyə ilə yol açmaq məqsədimiz yox idi və ya hansısa iqtisadi məqsədlərimiz var idi, əsas məqsədimiz Ermənistanın təhlükəsizliyini təmin etmək idi. Biz Türkiyəni heç olmasa Azərbaycana açıq hərbi dəstəkdən saxlamaq istəyirdik”.

Xatırladaq ki, sabah İrəvanda Ermənistan və Türkiyə yığmaları arasında futbol matçı keçiriləcək.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər