Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun son matçında "Sabah" "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
"Sabah" bu qələbə sayəsində 52 xalla lider "Qarabağ"ı izləməyi davam edib.
6 fevral (bazar ertəsi)
18:00. “Sabah” – “Səbail” - 4:0
Qol: Coy Lens Mikels, 4, Davit Volkov, 10, 31, Emmanuel Apeh, 83
Qırmızı vərəqələr: Con İrasabal, 68 ("Sabah"), Rahid Əmirquliyev, 79 ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov
“Bank Respublika Arena”