Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.
Makronla Paşinyan Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər.
Liderlər həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.