Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İrandan Azərbaycana qarşı növbəti  TƏXRİBAT
06 Fev 2023 22:22
2851

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

İran hakimiyyətinə bağlı saxta informasiya resursları Azərbaycana qarşı növbəti dəfə təxribat törədib.

Yenisabah.az bildirir ki, İran mənbələrində "təcrübəli" amerikalı geoloq olduğu deyilən Ruben Burrelin guya yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bununla bağlı məlumatın guya express.co.uk saytında dərc edildiyinə dair informasiyalar tirajanıb.

Araşdırma zamanı məlum olub ki, yayılan məlumat tamamilə yalandır və Azərbaycana qarşı çirkin təxribat məqsədi daşıyır. Belə ki, təcrübəli və "tanınmış" geoloq olduğu iddia edilən Ruben Burrel haqqında internet resurslarında axtarış apararkən onunla bağlı heç bir məlumat aşkar edilməyib. Bundan əlavə, adıçəkilən saytda da belə bir məlumatın dərc edilmədiyi üzə çıxıb. 

Bu cür saxta informasiyanın İrana bağlı sosial şəbəkə hesablarında paylaşılması zəlzələ təxribatının arxasında Tehran rejiminin durduğunu təsdiqləyir. İranın belə bir yalan məlumatı dövriyyəyə buraxmaqda məqsədi Türkiyədəki dağıdıcı zəlzələdən sonra Azərbaycan əhalisi arasında təşviş yaratmaq və insanları qorxu içində saxlamaqdır. Molla rejimi murdar niyyətini həyata keçirmək üçün sosial şəbəkələrin verdiyi imkanlardan yararlanaraq, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqeyindən çıxış etdiyini göstərir. /Modern.az


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər