Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

General: “İran bir neçə aya atom silahı hazırlaya bilər“
24 Mart 2023 16:16
559

General: “İran bir neçə aya atom silahı hazırlaya bilər“

"İran istəsə, nüvə silahı hazırlamaq üçün ona cəmi bir neçə ay lazım olacaq".

Yenisabah.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

General bildirib: "İran qərar verdiyi andan etibarən... 2 həftədən az müddətdə nüvə silahı üçün material istehsal edə bilər və əsl nüvə silahı istehsal etmək üçün daha bir neçə ay lazım olacaq".

M. Millinin bəyanatı ABŞ-ın İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyi ilə bağlı xəbərdarlıqla müşayiət olunub: “Biz, Birləşmiş Ştatlar hərbçiləri, İranın nə vaxtsa əsl nüvə silahı yaratmaq qərarına gəlib-gəlmədiyini nəzərə alması üçün milli rəhbərliyimiz üçün bir neçə variant hazırlamışıq”.

Bu bəyanat ABŞ rəsmilərinin Tehranın bir neçə gün ərzində nüvə bombası üçün kifayət qədər material istehsal edə biləcəyi ilə bağlı son təxminlərini təkrarlayır.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər