Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ərbakanın oğlu Ərdoğanı dəstəklədi
24 Mart 2023 20:09
756

Ərbakanın oğlu Ərdoğanı dəstəklədi

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası "Cumhur İttifaqı"na qoşulub.

Yenisabah.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, partiya nümayəndələri ittifaq protokolunu Ali Seçki Komissiyasına təqdim ediblər. Yenidən Rifah Partiyası dördüncü partiya kimi "Cumhur İttifaqı"nın tərkibində seçkilərdə iştirak edəcək.

İndiyədək "Cumhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) təmsil olunurdu. 

Qeyd edək ki, "Cumhur İttifaqı"nın prezidentliyə namizədi dövlət başçısı Rəcəb Teyyub Ərdoğandır. 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər