Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

DƏHŞƏT: Ana 1 yaşlı uşağını boğaraq öldürdü 
21 Mart 2023 16:09
1058

DƏHŞƏT: Ana 1 yaşlı uşağını boğaraq öldürdü 

Türkiyənin Antalya şəhərində psixoloji problemləri olduğu öyrənilən ana 1 yaşlı körpəsini boğaraq öldürüb. 

Musavat.com xəbər verir ki, ananın boğmağa çalışdığı 4 yaşlı uşaq isə ərinin müdaxiləsi ilə xilas edilib. 

Hadisədən sonra ana nəzarətə götürülüb. 

Fatih U. alı şəxs işdən evə dönərkən otağın qapısının bağlı olduğunu anlayıb. O, həyat yoldaşı Burcu Ç.-ni səsləməyə başlayıb. Cavab ala bilməyən Fatih U. içəridən qəribə səslər eşidib. Daha sonra Fatih qapını sındıraraq açıb. Otaqdakı mənzərədən dəhşətə gələn Fatih U. həyat yoldaşının 1 yaşlı körpəsi Miraç Ç.-ni öldürdüyünü görüb və 4 yaşlı Muhammet Efe D-ni də öldürməyə cəhd edərkən müdaxilə edib. 

Xəbərdarlıq üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. 

Təcili yardım 1 yaşındakı Miraçın həyatını itirdiyini təyin edib, 4 yaşındakı Muhammet Efe D. isə müalicə altına alınıb. Müalicəsi başa çatan Muhammet Efe D. Ailə və Sosial Siyasətlər Nazirliyi tərəfindən alınaraq uşaq evinə yerləşdirilib. Küçük Miraçın cənazəsi ekspertiza üçün Ədliyyə Tibb Təşkilatı Antalya Qrup Başçılığına göndərilib. 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər