“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!” - Bəqərə 155".
Yenisabah.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü, professor hacı Surxay Məmmədli deyib.
"Qardaş Türkiyədə baş verən təbii fəlakət çoxsaylı insan təlafatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə bağlı olaraq dərin hüzünlə baş sağlığı veririk. Bu üzücü xəbər hər birimizi azərbaycanlı olaraq dərindən sarsıtdı.
Dərdinizə şərik olur və Sizlərə Uca Allahdan tez bir zamanda təbii fəlakətlə bağlı nicat tapmağınızı təmənna edirik. Uca Allah Qardaş Türk xalqına səbr dözüm yaralılara şəfa versin dünyasın dəyişənləri isə öz rəhmətinə qərq etsin, inşallah" - Hacı Surxan qeyd edib.