Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bu dəfə kişini şantaj edib pulunu aldılar
22 Mart 2023 10:46
859

Bu dəfə kişini şantaj edib pulunu aldılar

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3500 manat alan şəxs saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5000 manat pul tələb etməsini və 3500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb. 

Xaçmaz polisi tərəfindən araşdırma aparılır. 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər