Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab verdi
24 Mart 2023 15:30
550

Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab verdi

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tvitterdə yazıb.

O bildirib ki, Ermənistan hələ də itkin düşmüş 3800 azərbaycanlı ilə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

O bildirib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər