“ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etməsi və asanlaşdırılması ilə məşğuldur”.
Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır.