Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“ABŞ-ın dağılması realdır” - Medvedevdən növbəti açıqlama
24 Mart 2023 14:47
570

“ABŞ-ın dağılması realdır” - Medvedevdən növbəti açıqlama

“ABŞ-ın dağılması üçün Rusiyadan daha çox ilkin şərtləri var. Xüsusilə də indi baş verənlər fonunda”. 

Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Dmitri Medvedev bildirib. 

O, hesab edir ki, qərb ekspertlərinin Rusiyanın 2033-cü ilə qədər dağılacağı ilə bağlı proqnozları konkret hədəf auditoriyasına malikdir və Qərb dünyasının elitasının fərziyyələrindən irəli gəlir. 

“Onlar bunu istəyirlər və təbii ki, bütün ssenariləri buna uyğunlaşdırırlar. Təəssüf ki, ora köçmüş və o analitik mühiti hər cür qidalandıran ayrı-ayrı adamlarımız var”, - Rusiya Federasiya Şurasının sədr müavini bildirib.

Medvedev qeyd edib ki, vaxtilə SSRİ ölkə rəhbərliyinin fəaliyyətsiz olması, reallıqla əlaqəni itirməsi və siyasi və iqtisadi prosesləri idarə edə bilməməsi, rəqiblərin mövqeyinə görə kifayət qədər çətin vəziyyətə düşməsi səbəbindən dağılıb. 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər