Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

ABŞ bazası hücuma məruz qaldı
24 Mart 2023 21:40
709

ABŞ bazası hücuma məruz qaldı

ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası raket hücumuna məruz qalıb.

Yenisabah.az “The Hill”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi mayor Con Mur məlumat yayıb.

Bir gün əvvəl ABŞ-ın hava hücumları nəticəsində İranın dəstəklədiyi qruplar hədəfı alınıb.

O qeyd edib ki, Əl-Ömər yatağının ərazisində yerləşən bazanın atəşə tutulması nəticəsində itki yoxdur.

Daha əvvəl Pentaqon bildirib ki, ABŞ cümə axşamı gecəsi Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli birləşmələrə zərbələr endirib.

Suriyanın şərqində 900-ə yaxın ABŞ əsgəri yerləşdirilib. Eyni zamanda, bu həftə CENTCOM-un rəhbəri general Maykl Kurilla bildirib ki, 2021-ci ildən bəri iranyönlü qruplar Suriyada ABŞ hərbçilərinə azı 78 dəfə hücum edib.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər